×
A
A
A
Sazlamalar

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Bakı, 18 sentyabr, AZƏRTAC
“Sumqayıt” basketbol komandasında baş məşqçi dəyişikliyi ola bilər.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi türkiyəli mütəxəssis Uğur Özdəmirlə danışıqlar aparır.
Uğur Özdəmir Azərbaycan basketboluna tanış simadır. O, 2022-2024-cü illərdə “Xırdalan” (hazırkı “LANDAU Lions”) komandasına rəhbərlik edib.
Qeyd edək ki, “Sumqayıt”ın hazırkı baş məşqçisi rusiyalı Vadim Kuramşındır.

İdman 2026-09-18 18:59:00