


Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.