×
A
A
A
Sazlamalar

“Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

Bakı, 18 sentyabr, AZƏRTAC
“Turan Tovuz” və “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri gələn həftə satışa çıxarılacaq.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, biletlər, böyük ehtimalla, “Birbilet.az” platformasında satışda olacaq. Hələlik biletlərin qiyməti ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

İdman 2026-09-18 15:29:00