


Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Hazırda muxtar respublikada 24608 aktiv fiziki sahibkar var ki, onların da 6981-i qadındır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, komitənin fəaliyyət istiqamətləri çərçivəsində qadınların dayanıqlı inkişafı, xüsusilə də kənd yerlərində yaşayan qadınların özünüməşğulluğunun təmin olunması, onların iqtisadi fəallığının artırılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə daim dəstək göstərilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər qadınların əmək bazarında və sahibkarlıq fəaliyyətində daha fəal iştirakına şərait yaratmaqla yanaşı, onların ailə büdcəsinə töhfəsini də artırır.
Müxbir- Nail Əsgərov