×
A
A
A
Sazlamalar

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında çox ciddi inteqrasiyaya gətirib çıxarıb. Azərbaycan 44 günlük müharibə və antiterror əməliyyatları nəticəsində regionumuzda yeni reallıqlar yaradıb. Nəticə etibarilə, bu dəyişikliklər təkcə Cənubi Qafqazda deyil, eyni zamanda, Mərkəzi Asiyada, Avrasiyanın orta xəttində də sezilməyə başlayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri politoloq Zaur Məmmədov söyləyib.
Azərbaycanın bu gün Türk Dövlətləri Təşkilatının hər bir üzv dövləti ilə strateji əlaqələrinin olduğunu vurğulayan politoloq ölkəmizin həm Şərqlə, həm də Qərblə çox vacib iqtisadi-siyasi kommunikasiya layihələri həyata keçirdiyini bildirib.
Daha ətraflı əməkdaşlarımızın hazırladığı videomüsahibədə izləyə bilərsiniz.

Siyasət 2026-09-18 12:06:00