×
A
A
A
Sazlamalar

Lənkəranda avtomobilin nömrə nişanlarını lentlə örtən sürücü saxlanılıb

Lənkəran, 17 sentyabr, AZƏRTAC

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində dövlət qeydiyyat nişanlarının üzəri yapışqan lentlə örtülmüş vəziyyətdə idarə olunan “Mercedes” markalı avtomobil saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün yol verdiyi qayda pozuntularına görə məsuliyyətdən yayınmaq məqsədilə dövlət qeydiyyat nişanlarının görünüşünə müdaxilə etdiyi müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Müxbir - İlkin Adıyev

Regionlar 2026-09-17 12:22:00