×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılsın.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1209 (Cild I); 2024, № 3, maddə 308, № 6 (II kitab), maddə 732, № 9, maddə 1103, № 12 (II kitab), maddə 1450; 2025, № 3, maddə 295, № 6, maddə 600, № 9, maddə 875, № 12 (II kitab), maddə 1252; 2026, № 3, maddə 282, № 5 (II kitab), maddə 478, № 6, maddə 587) 1.1-ci bəndində “2026-cı il 1 oktyabr” sözləri “2027-ci il 2 yanvar” sözləri ilə əvəz edilsin. 

 


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 17 ” “ sentyabr ” 2026-cı il

№ 303

Qərarlar 2026-09-17 12:18:00