×
A
A
A
Sazlamalar

Hacıqabulda oğurluq edən şəxs saxlanılıb

Bakı, 17 sentyabr, AZƏRTAC
Hacıqabul rayonunda yerləşən kafelərin birindən pul və 3 ədəd mobil telefon oğurlanması, eləcə də yanacaqdoldurma məntəqələrinin birindən oğurluğa cəhd edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxsin Bakı şəhəri ərazisindən 5 ədəd motosiklet oğurlayaraq satması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Vəlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Regionlar 2026-09-17 12:10:00