


Uşaq evlərinin 28 sakini bu ildən təhsillərini ali və orta ixtisas təhsili müəssisələrində davam etdirir
Bakı, 17 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin bu il tələbə adını qazanan 28 sakini təhsillərini ali və orta ixtisas təhsili müəssisələrində davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uşaq evlərində böyüyən və artıq yeni həyata qədəm qoyan həmin gənclərdən 2-si ali təhsil müəssisələrində (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Lənkəran Dövlət Universiteti), 26-sı isə müxtəlif peşə ixtisas təhsili müəssisələrində təhsil alırlar.