×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 3230,81 hektarlıq sahədə təsdiq edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 16 ” “ sentyabr ” 2026-cı il
№ 298

Qərarlar 2026-09-16 15:59:00