


Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstan Azərbaycanda yeni səfir təyin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, bu vəzifəyə Giorgi Zakaraşvili təyin edilib.
Bildirilir ki, G.Zakaraşvili uzun illər XİN-in mərkəzi aparatında və diplomatik nümayəndəliklərdə müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2021-ci ildən bu günədək Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, GUAM-da daimi nümayəndəsi olub.