×
A
A
A
Sazlamalar

Türkiyə Prezidentinin baş müşaviri: Həmrəyliyin daha da güclənməsi Türk Dövlətləri Təşkilatının gələcəyindən xəbər verir

Bakı, 15 sentyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının bugünkü vəziyyətə gəlib çatması olduqca qürurvericidir. Təşkilatın illər ərzində keçdiyi inkişaf yolu və bu gün türk dövlətlərini bir araya gətirən mühüm platformaya çevrilməsi böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda keçirilən panel iclasda Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik deyib.
O qeyd edib ki, milli kimliyimizi, tariximizi və dəyərlərimizi unutdurmağa çalışan müxtəlif yanaşmalara baxmayaraq, biz öz kimliyimizi qoruyub saxlaya bilmişik. “Bu gün türk dövlətlərinin bir araya gəlməsi, ortaq tarix və mədəniyyət ətrafında həmrəyliyin daha da güclənməsi Təşkilatın gələcəyindən xəbər verir”, - deyə Seyit Sertçelik vurğulayıb.

Fotoqraf - Azər İbrahimov
Operator - Şövqi Əzizov

 

Siyasət 2026-09-15 11:58:00