×
A
A
A
Sazlamalar

Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

2026–2027-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 49 min şagird təhsil alacaq.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, onlardan 23 min 640-ı qız, 25 min 358-i oğlandır.
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında 2282 uşaq iştirak edəcək. Onların 1127-si qız, 1155-i oğlandır.
Eyni zamanda, birinci sinfə 3603 şagird qəbul olunub. Onlardan 1698-i qız, 1905-i oğlandır.

Müxbir- Nail Əsgərov

 

Regionlar 2026-09-14 21:47:00