


Agentlik: Paytaxtın mərkəzi hissəsindəki yollarda nəzərdə tutulan əsas təmir işləri tamamlanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Yeni tədris ili başlamazdan əvvəl nəqliyyat intensivliyinin yüksək olduğu paytaxtın mərkəzi hissəsində nəzərdə tutulan əsas təmir işləri tamamlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, hazırda işlər şəhərətrafı ərazilərdə mərhələli şəkildə davam etdirilir.
Yaxın müddətdə proqram üzrə nəzərdə tutulan digər küçə və yollarda da təmir işlərinin yekunlaşdırılması planlaşdırılır.