×
A
A
A
Sazlamalar

“Neftçi” Elvin Camalovla vidalaşıb

Bakı, 14 sentyabr, AZƏRTAC

“Neftçi” ilə Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə Bakı təmsilçisindən AZƏRTAC-a məlumat verilib.
2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

İdman 2026-09-14 20:05:00