×
A
A
A
Sazlamalar

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

Berlin, 14 sentyabr, AZƏRTAC

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə əsasən, Kansler Fridrix Mertsin lideri olduğu Xristian Demokratlar Birliyi (CDU) 27,7 faiz səslə birincidir. Partiyanın bu nəticəsi 2021-ci ildəki seçkilərlə müqayisədə 4 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, Sosial Demokratlar Partiyası (SPD) əvvəlki seçki ilə müqayisədə 5,5 faiz az - 24,5 faiz səslə ikinci olub. Ötən həftə Saksoniya-Anhalt əyalətində parlament seçkilərində böyük uğur qazanan Almaniya üçün Alternativ (AfD) partiyası 16,5 faizlə üçüncü olub. Buna baxmayaraq, partiya əvvəlki seçki ilə müqayisədə öz nəticəsini 11,9 faiz artırıb.
Yaşıllar 13,6 faiz (-2,3 faiz), Sol Partiya 5,9 faiz (+3,1 faiz), Azad Demokratlar Partiyası (FDP) isə 3,6 faiz (-2,9 faiz) səs toplayıb.
Əyalətdə 6,3 milyon nəfər səsvermə hüququna malikdir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2026-09-14 03:01:00