×
A
A
A
Sazlamalar

Fransa ABŞ-dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

Bakı, 14 sentyabr, AZƏRTAC

Fransanın Cenevrədə BMT yanında Daimi Nümayəndəliyi ABŞ-nin insan haqları vəziyyətini tənqid edən açıqlamaya görə Vaşinqtondan üzr istəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransanın diplomatik missiyası iyulun 25-də “X” sosial şəbəkəsində yayımlanan və ABŞ-nin insan hüquqlarına hörmətlə yanaşmaq öhdəliyini şübhə altına alan paylaşımın doğurduğu narahatlığa görə təəssüfünü bildirib.
Qeyd edək ki, həmin paylaşımda ABŞ-nin Rusiya və Şimali Koreya ilə birlikdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının səlahiyyət müddətinin uzadılmasına qarşı səs verməsi tənqid olunmuşdu.

Dünya 2026-09-14 03:26:00