×
A
A
A
Sazlamalar

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Yəmən husilərinin Qırmızı dənizdə gəmiçiliyə mümkün hücumu ilə əlaqədar Ərəbistan dənizində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
AZƏRTAC xəbər verir ki, “CBS News”un məlumatına görə, “USS George Washington” təyyarədaşıyan gəmisinin və idarəolunan raket esmineslərinin ekipajları hazırlıq səviyyəsini artırıb.
Məlumata görə, İranın dəstəklədiyi husilərin Yəmənin sahil ərazilərində irəliləməsi və Bab əl-Məndəb boğazı istiqamətində nəzarəti genişləndirməsi ilə bağlı narahatlıq artıb.
Bildirilir ki, husilər son günlər Qırmızı dəniz sahilində bir sıra əraziləri, o cümlədən Moqa limanını və Perim adasını nəzarətə götürüblər.

Dünya 2026-09-14 02:44:00