


FT: Kanada Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit paketinə qoşula bilər
Bakı, 14 sentyabr, AZƏRTAC
Kanada Avropa İttifaqının Ukraynaya təqdim etməyi planlaşdırdığı 90 milyard avro məbləğində kredit paketinə qoşula bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bununla bağlı tərəflər arasında danışıqlar davam edir.
Bildirilir ki, Kanada və Aİ arasında razılaşmanın oktyabrda keçiriləcək Aİ sammitindən əvvəl əldə olunması gözlənilir. Aİ-yə üzv olmayan Böyük Britaniya artıq təşəbbüsə qoşulub.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının 2026-cı il üçün nəzərdə tutulan vəsaitin üçdə birindən azını Ukraynaya köçürdüyü bildirilmişdi.