


Naxçıvan şəhərində avtomobil piyadanı vurub
Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 16 ünvanında qeydə alınıb. Belə ki, "BYD" markalı avtomobil yolu qarşı tərəfə keçən 1985-ci il təvəllüdlü Həsənov Zakir Eldar oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov