×
A
A
A
Sazlamalar

Omanda Körfəz ölkələri XİN rəhbərlərinin görüşü təxirə salınıb

Bakı, 14 sentyabr, AZƏRTAC

İran daxil olmaqla, Körfəzi ölkələri xarici işlər nazirlərinin sentyabrın 14-də Salalah şəhərində keçirilməsi planlaşdırılan görüş təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi qərarın “konsensusa nail olmaq maraqları” naminə qəbul edildiyini bildirib.
Nazir qeyd edib ki, Oman regionda sabitliyi və uzunmüddətli əməkdaşlığı təşviq edən dialoqun inkişafına sadiqdir.
Görüşdə regional məsələlərlə yanaşı, Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların yaradılması məsələsinin də müzakirəsi nəzərdə tutulurdu.

Dünya 2026-09-14 00:40:00