×
A
A
A
Sazlamalar

Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Bakı, 13 sentyabr, AZƏRTAC

ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşner Ukraynadakı münaqişənin həlli üçün növbəti addımların yaxın həftələrdə açıqlanacağını gözləyir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, o bu barədə Kiyevdə keçirilən Yalta Avropa Strategiyası konfransında video bağlantı vasitəsilə danışarkən bildirib.
“Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində növbəti addımların nə olduğunu elan edə biləcəyik. Və ümid edirəm ki, bu, bizi irəli aparacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkov sentyabrın 5-də Moskvaya səfər edərək, Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Növbəti gün onlar Kiyevdə Vladimir Zelenski ilə müzakirə aparıblar.

Dünya 2026-09-13 07:22:00