×
A
A
A
Sazlamalar

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026-cı ildə 10 milyard dollar təşkil edəcək

Bakı, 13 sentyabr, AZƏRTAC
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
AZƏRTAC “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat və ətraf mühit naziri Aleksandr Kravçenko deyib.
"İqtisadiyyat Nazirliyində apardığımız hesablamalar göstərir ki, bu il Ukrayna iqtisadiyyatına dəyən ziyanın 10 milyard dollara çatacağını gözləyirik", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, hazırda Ukraynada biznes çox çətin vəziyyətdədir.

Dünya 2026-09-13 04:09:00