


Kuşner ərazi mövzusunu Ukrayna ilə bağlı danışıqlarda ən çətin məsələ adlandırıb
Bakı, 13 sentyabr, AZƏRTAC
ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşnerin sözlərinə görə, ərazi məsələsi Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda ən mürəkkəb məsələ olaraq qalır. Onun sözlərinə görə, bu məsələdəki vəziyyət müəyyən dərəcədə döyüş meydanında baş verənlərlə müəyyən edilir.
AZƏRTAC xəbər verir ki, Kuşner bu barədə Ukraynanın “Novosti.LIVE” nəşrində dərc olunmuş videoda bildirib. O deyib: "Əsas məsələ ərazilər olacaq... və tərəflərin mövqeləri hələ də fərqlidir".
Qeyd edək ki, Cared Kuşner və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov sentyabrın 5-də Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Növbəti gün onlar Kiyevdə Vladimir Zelenski ilə müzakirə aparıblar.