


Səudiyyə Ərəbistanında husilərin atdığı mərminin partlaması nəticəsində iki nəfər yaralanıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Husilər tərəfindən atılan mərminin Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan bölgəsinə düşməsi nəticəsində iki nəfər yaralanıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti Husi terror qruplaşması tərəfindən atılan mərminin partlaması nəticəsində iki nəfərin yaralanması, məscidə, bir neçə binaya və nəqliyyat vasitələrinə maddi ziyan vurulması barədə məlumat yayıb. Xidmətin rəsmisi hadisəni “beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması” kimi dəyərləndirib.