×
A
A
A
Sazlamalar

Bolqarıstan hərbi zavoddakı partlayışın mümkün səbəbi kimi təxribat amilini nəzərdən keçirir

Bakı, 13 sentyabr, AZƏRTAC
Bolqarıstan hakimiyyəti Tryavna yaxınlığındakı “EMCO” hərbi zavodunda baş verən partlayışın mümkün səbəbi kimi təxribat amilini araşdırır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Bolqarıstanın daxili işlər naziri İvan Demerciyev söyləyib.
İvan Demerciyev jurnalistlərə bildirib ki, "Biz kənar müdaxiləni istisna etmirik". O deyib ki, hakimiyyət orqanları mümkün əlaqəni müəyyən etmək üçün “EMCO”da, eləcə də digər şirkətlərdə baş verən əvvəlki partlayışları və yanğınları nəzərdən keçirir.
Sentyabrın 12-də “EMCO” zavodunun anbarlarında bir neçə partlayış baş verib. Ardınca yanğın olub. Xəsarət alan olmayıb. Bu, son bir ayda “EMCO”da baş verən ikinci belə hadisədir. Əvvəlki hadisə avqustun 10-da Belitsa kəndindəki sursat anbarında baş verib.

 

Dünya 2026-09-13 01:17:00