


Karib dənizində narkotik qaçaqmalçılarının qayığı vurulub: 3 nəfər ölüb
Bakı, 10 sentyabr, AZƏRTAC
ABŞ hərbi qüvvələri Karib dənizində sürət qayığına zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb. Məlumata görə, kəşfiyyat gəminin narkotik qaçaqmalçılığında iştirakını təsdiqləyib.
Hücum nəticəsində üç nəfər həlak olub.