×
A
A
A
Sazlamalar

Filippində bərədə baş verən yanğın nəticəsində 5 nəfər ölüb

Bakı, 10 sentyabr, AZƏRTAC
Filippin sahillərində sərnişin bərəsində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə "The Manila Times" qəzeti sahil mühafizəsinə istinadla məlumat yayıb. "Filippin əyalətinin Palavan əyalətində məşhur turizm məkanı yaxınlığında bərədə baş verən yanğın nəticəsində beş nəfər ölüb, 87 nəfər itkin düşüb", - deyə nəşr bildirib.
M/V "June Aster" gəmisi sahildən 2,2 km aralıda alovlanıb. Gəmidə 134 nəfər olub, onlardan 40-dan çoxu təxliyə edilib.
Axtarış-xilasetmə əməliyyatı davam edir.

Dünya 2026-09-10 06:30:00