×
A
A
A
Sazlamalar

Komandor adalarında nəsli kəsilmiş heyvanların bərpası parkı yaradıla bilər

Bakı, 10 sentyabr, AZƏRTAC
Sankt-Peterburq Avropa Universitetinin alimləri beynəlxalq həmkarları ilə birlikdə dünyada ilk dəfə Steller qarabatdağının mitoxondrial genomunu deşifrə ediblər.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu uğur gələcəkdə Komandor adalarında nəsli kəsilmiş növlərin dirildilməsi üçün xüsusi parkın yaradılması ideyasını gündəmə gətirib. XIX əsrin ortalarına qədər arxipelaqda yaşamış bu nəhəng, uçuşsuz quşların çəkisi 6 kiloqrama, bədən uzunluğu isə bir metrə çatırdı. İnsanlardan qorxmadıqları və zəif uçduqları üçün nəzarətsiz ovlanma nəticəsində nəsli kəsilmişdi. Universitetin Paleogenomika laboratoriyasının rəhbəri Artem Nedolujko bildirib ki, oxunan genom Sakit okean quşlarının təkamülünü və növlərin məhvolma xronologiyasını anlamağa kömək edəcək. Gələcəkdə lazımi texnologiyalar yarandıqda, bu məlumatlar növün dirçəldilməsi layihəsinə əsas olacaq və Komandor adaları qlobal elmi mərkəzə çevrilə biləcək.

Dünya 2026-09-10 05:27:00