×
A
A
A
Sazlamalar

Diyarbəkirdə 6,2 milyardlıq qanunsuz qumar əməliyyatı: 17 həbs

Bakı, 10 sentyabr, AZƏRTAC

Diyarbəkir və Qaziantepdə qanunsuz onlayn qumar şəbəkəsinə qarşı keçirilən əməliyyatda 31 şübhəli saxlanılıb, onlardan 17-si həbs edilib.
AZƏRTAC “TRT HABER”ə istinadla xəbər verir ki, şübhəlilərin vətəndaşların bank hesablarından topladıqları pulları kriptovalyutaya çevirərək ümumilikdə 6,2 milyard türk lirəsi yuduqları aşkarlanıb. Reydlər zamanı çoxlu sayda rəqəmsal avadanlıq, bank kartları, silah və narkotik vasitə müsadirə olunub. Şəbəkənin axtarışda olan digər 9 üzvünün tutulması üçün əməliyyat davam edir.

Dünya 2026-09-10 04:44:00