


Rubio BMT Baş Assambleyasında Rodriqezlə görüşə bilər
Bakı, 10 sentyabr, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Venesuela Prezidentinin elçisi Delsi Rodriqezlə görüşə biləcəyini istisna etməyib. Bu görüş Rodriqezin BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmək üçün Nyu-Yorka gələcəyi təqdirdə baş tuta bilər.
AZƏRTAC xəbər verir ki, Kito şəhərinə səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Rubio hələlik rəsmi bir planın olmadığını deyib. "Ola bilsin ki, biz artıq çox danışmışıq. O, Nyu-Yorkda ola bilər. Ora gedib-gedə bilməyəcəyimi dəqiq bilmirəm, amma getsəm, yəqin ki, bu görüş baş tutacaq. Hələ heç nə planlaşdırmamışıq, amma əlbəttə ki, müzakirələr aparmışıq", - deyə o bildirib.
Qeyd edək ki, dövlət və hökumət başçılarının, həmçinin xarici işlər nazirlərinin iştirak edəcəyi yüksək səviyyəli ümumi siyasət müzakirələri 22-26 sentyabr və 28 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək. Sessiyada Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.