


“Sabah” “Mançester Yunayted”la oyun öncəsi son məşqinə çıxıb - FOTOLAR
Mançester, 10 sentyabr, AZƏRTAC
“Sabah” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin l turunda “Mançester Yunayted”la qarşılaşma öncəsi son məşqini keçirib.
AZƏRTAC xəbər verir ki, hazırlıq prosesi oyunun keçiriləcəyi “Old Trafford” stadionunda baş tutub.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AZƏRTAC məşqdən fotoları təqdim edir.