


ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub
Vaşinqton, 9 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib. “Çox yaxşı söhbətimiz oldu. O, razılaşma əldə etmək istəyir. Zelenski də bunu istəsə, yaxşı olardı”, – deyə ABŞ Prezidenti əlavə edib.