×
A
A
A
Sazlamalar

“Sabah”ın futbolçusu: “Mançester Yunayted”i təəccübləndirə bilərik

Mançester, 9 sentyabr, AZƏRTAC

Əgər öz futbolumuzu oynaya və “Mançester Yunayted” üçün oyunu bir qədər çətinləşdirə bilsək, onları təəccübləndirə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah” klubunun hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəkləri ilk tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Futbolçu komandasının ilk dəqiqələrdən öz oyununu sərgiləməyə çalışacağını bildirib: “Bilirsiniz ki, çətin olacaq. “Mançester Yunayted” yaxşı komandadır. Amma oyun 90 dəqiqə davam edir, görək nə olacaq”.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Mançester

İdman 2026-09-09 23:35:00