×
A
A
A
Sazlamalar

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycanın bocciaçısı Sona Ağayeva dünya reytinqində 8-ci pilləyə yüksəlib.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında BC2 kateqoriyasında bürünc medal qazanan idmançı 48 reytinq xalı əldə edib.
Bununla da xallarının sayını 74-ə çatdıran Sona Ağayeva “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına lisenziya verən reytinq cədvəlində 15-ci pillədən 8-ci sıraya yüksəlib.

 

İdman 2026-09-09 13:32:00