


“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
İtaliyanın “Komo” klubunun prezidenti Mirvan Suvarso və klub rəhbərliyinin digər üzvləri komandanın UEFA Çempionlar Liqasındakı debüt matçında tribunadakı yerlərini azarkeşlərə vermək qərarına gəliblər.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, funksioner rəhbərliyə ayrılan yerlərin 1950-ci il və daha əvvəl anadan olmuş fanatlara verilməsini daha məqsədəuyğun sayıb.
Onun sözlərinə görə, söhbət uzun illər ərzində klubun bütün inkişaf mərhələlərini izləyən və komandaya sədaqətini qoruyan tərəfdarlardan gedir. “Komo” rəhbərliyi hesab edir ki, klub tarixindəki bu əlamətdar hadisəni məhz komandanı uzun illər dəstəkləmiş azarkeşlərin tribunadan izləməsi xüsusi məna daşıyır.
Qeyd edək ki, “Komo” turnirdəki ilk oyununu sentyabrın 10-da Almaniyanın “Leypsiq” klubuna qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.