×
A
A
A
Sazlamalar

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

Bakı 9 sentyabr, AZƏRTAC

2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 6-dan həyata keçirilən elektron qəbul prosesi sentyabrın 3-də yekunlaşıb.
Qəbul prosesi çərçivəsində 124 mindən çox uşağın I sinfə qəbulu tamamlanıb.
Qeyd edək ki, I sinfə elektron qəbul prosesi müvafiq elektron sistem vasitəsilə həyata keçirilib və valideynlərə övladlarının ümumi təhsil müəssisələrinə qəbulunu elektron formada həyata keçirmək imkanı yaradılıb.

Müxbir - Nərmin Muradzadə

Elm və təhsil 2026-09-09 13:07:00