×
A
A
A
Sazlamalar

Gürcü nazir: Orta Dəhlizin strateji əhəmiyyəti və marşruta beynəlxalq maraq artır

Tbilisi, 7 sentyabr, AZƏRTAC

Orta Dəhlizin strateji əhəmiyyəti və marşruta beynəlxalq maraq artır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Batumi şəhərində keçirilən Gürcüstan Beynəlxalq Dənizçilik Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Gürcüstan üçün Orta Dəhlizə artan tələbat həm fürsət, həm də məsuliyyətdir. Ölkə Avropa ilə Asiya arasında birləşdirici sistemdə rolunu gücləndirmək məqsədilə infrastruktur və xidmətlərin inkişafına yönəlmiş siyasət həyata keçirir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2026-09-07 13:50:00