×
A
A
A
Sazlamalar

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

İstanbul, 7 sentyabr, AZƏRTAC

Bu gecədən etibarən Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda meşə yanğını başlayıb.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Muğla valisi İdris Akbıyık biri Ula, digərləri isə Menteşe rayonunda olmaqla, ümumilikdə üç evin təxliyə edildiyini bildirib.
Yanğına müdaxilə işlərinə 7 təyyarə, 13 helikopter, 32 yanğınsöndürmə maşını, 7 buldozer, 62 su maşını, 12 ədəd ağır texnika və 232 nəfərlik heyət cəlb olunub. 

 

 
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2026-09-07 13:17:00