×
A
A
A
Sazlamalar

Ağdam rayonunda mina partlayışı baş verib

Bakı, 6 sentyabr, AZƏRTAC

İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində sentyabrın 5-də mina partlayışı hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Cəmiyyət 2026-09-06 10:24:00