×
A
A
A
Sazlamalar

Qubada beynəlxalq şahmat festivalına start verilib

Bakı, 5 sentyabr, AZƏRTAC

Qubada Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə II "Quba Open 2026" beynəlxalq festivalının açılış mərasimi baş tutub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən AŞF prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov regional turnirlərin ölkədə şahmatın kütləviliyinin artırılmasındakı rolunu xüsusi qeyd edib. O, “Quba Open” Beynəlxalq Şahmat Festivalının “Azərbaycan Şahmat Turu”nun önəmli parçası olduğunu bildirib.
Xatırladaq ki, yarış şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında müstəsna xidmətlər göstərən beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr olunub.
Turnirin ümumi mükafat fondu 24 420 manat təşkil edir. Yarışda 11 ölkədən 300-dən artıq şahmatçı mübarizə aparır.

İdman 2026-09-05 13:30:00