×
A
A
A
Sazlamalar

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Bakı, 5 sentyabr, AZƏRTAC
Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub.
AZƏRTAC xəbər verir ki, xorvatiyalı Matey Jukiç rəqiblərini qabaqlayaraq finiş xəttini birinci keçib. O, ümumilikdə 113 kilometrlik mürəkkəb məsafəni (üzgüçülük, velosiped və qaçış mərhələləri) 4 saat 1 dəqiqə 20 saniyəyə qət edərək bu nəticəyə nail olub.
Qeyd edək ki, yarışa 62 ölkədən 1500-dən çox iştirakçı qatılıb. “IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaq.

Xatırladaq ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

Fotoqraflar - Azər İbrahimov, Xanlar Əlizadə
Videooperator - Ələkbər Baxşiyev

İdman 2026-09-05 12:43:00