


Tramp administrasiyası Yaxın Şərq üçün müharibədən sonrakı strategiya hazırlayır
Bakı, 5 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla müharibədən sonra Yaxın Şərq üzrə yeni strategiya hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” vəziyyətlə tanış olan ABŞ rəsmilərinə istinadla yazıb.
Məlumata görə, strategiyanın əsas istiqamətləri İranın qarşısının alınması, İsrail ilə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılması, həmçinin regionda yeni ittifaqların yaradılması olacaq.
Planın mümkün elementləri sırasında İsrail-Suriya və İsrail-Livan arasında təhlükəsizlik razılaşmalarının əldə olunması, eləcə də “İbrahim Sazişləri”nin genişləndirilməsi və Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması göstərilir.
Mənbənin sözlərinə görə, strategiyanın hazırlanması daha bir neçə həftə davam edə bilər.