×
A
A
A
Sazlamalar

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

Xaçmaz, 5 sentyabr, AZƏRTAC

Xaçmaz şəhərində “VAZ 2105” markalı minik avtomobili bərbərxanaya çırpılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Asim Səfərəliyevin idarə etdiyi avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarında yerləşən bərbərxanaya çırpılıb.
Qəza zamanı sürücü xəsarət alıb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə nəticəsində bərbərxanaya da ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Müxbir – Elxan Yusifli

Regionlar 2026-09-05 02:00:00