


Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
Təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H.Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-dən məlumat verilib.