×
A
A
A
Sazlamalar

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

Bakı, 4 sentyabr, AZƏRTAC

İsrail ordusu Livanın cənubundakı Əli əl-Tahir yüksəkliklərində “Hizbullah”ın dayaq məntəqəsini ələ keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sky News Arabia” İsrail hərbi mənbəyinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, ərazi “Hizbullah” döyüşçülərindən təmizlənib, yeraltı hərbi infrastrukturun minalardan təmizlənməsi başa çatdırılıb. İsrail ordusunun bölgədəki strateji mövqelərdə əməliyyatlarını davam etdirəcəyi bildirilir.

Dünya 2026-09-04 06:23:00