×
A
A
A
Sazlamalar

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb

Bakı, 4 sentyabr, AZƏRTAC

İstanbulda terror aktı hazırladığı iddia edilən İŞİD üzvü polislə atışma zamanı öldürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi Sultanbəyli rayonunda 21 yaşlı şübhəlinin saxlanılması üçün əməliyyat keçirib. Əməliyyat zamanı atışma baş verib. Nəticədə şübhəli öldürülüb, bir vətəndaş isə yaralanıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Dünya 2026-09-04 05:17:00