×
A
A
A
Sazlamalar

“NY Post”: Oman İranın Hörmüz boğazı ilə bağlı ödəniş təklifini rədd edib

Bakı, 4 sentyabr, AZƏRTAC

Oman İranın Hörmüz boğazından keçən gəmilərdən birgə ödəniş toplanması təklifini rədd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Post” yüksəkvəzifəli regional məmura istinadla məlumat yayıb.
Məlumata görə, Oman ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan qaçmaq məqsədilə boğazda təhlükəsizlik və ətraf mühitin qorunması üçün könüllü ianələr ideyasını da qəbul etməyib.
Bundan əvvəl Tramp Omanın İranla danışıqlardakı mövqeyindən narazılığını bildirib. ABŞ rəsmilərinin fikrincə, rəsmi Maskat Tehranla Hörmüz boğazına nəzarət məsələsində həddindən artıq güzəştlərə gedib.

Dünya 2026-09-04 03:33:00