


Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb
Bakı, 4 sentyabr, AZƏRTAC
Nigeriyanın cənubunda boru kəmərindən neft oğurluğu cəhdi zamanı zəhərli havadan 37 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, hadisə Port-Harkort yaxınlığındakı Okrika kəndində baş verib. Məlumata görə, cinayətkarlar nefti qanunsuz yolla çıxarıb satmaq üçün boru kəmərinə müdaxilə ediblər.
Nigeriyanın cənubunda neft oğurluğu və qanunsuz neft emalı geniş yayılıb. Hüquq-mühafizə orqanları bu fəaliyyətin qarşısını almaq üçün mütəmadi əməliyyatlar keçirirlər.