


Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər
Bakı, 4 sentyabr, AZƏRTAC
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Kiyevə səfəri yaxın günlərdə baş tuta bilər.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O qeyd edib ki, səfərlə bağlı ilkin tarixlər artıq müəyyənləşdirilib və ABŞ nümayəndələrindən təsdiq alınıb.
Zelenski Vitkoff və Kuşnerlə Kiyevdə görüşü səbirsizliklə gözlədiyini deyib.